Təyyarə mühərrikinin böyük bir hissəsi yaşayış məhəlləsinə düşdü FOTO

21-02-2021, 10:33           
Təyyarə mühərrikinin böyük bir hissəsi yaşayış məhəlləsinə düşdü FOTO
ABŞ-ın Kolorado ştatının Brumfild şəhərində sərnişin təyyarəsinin örtüyünün böyük bir hissəsi yaşayış binalarının yaxınlığına düşüb.

Teref.az xəbər verir ki, bu barədə “MSNBC” telekanalı məlumat yayıb.

Müəyyən edilib ki, evlərdən birinin həyətinə düşən detal təyyarənin reaktiv mühərrikinin örtüyünün ön hissəsidir.

“CBS” telekanalının müxbiri Errol Barnettin verdiyi məlumata görə, təyyarə ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airlines”a məxsusdur. Mühərriki sıradan çıxan təyyarənin ekipaj üzvü təhlükəsiz şəkildə Denver Beynəlxalq Hava Limanına qayıdıb.

“United Airlines” şirkəti 328 saylı reyslə Denverdən Honoluluya (Havay ştatı) uçan təyyarənin mühərrikinin sıradan çıxdığını təsdiqləyib, təyyarə yola düşdükdən dərhal sonra təhlükəsiz şəkildə Denverə qayıdıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. (APA)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru