Moskvada ana iki uşağını boğaraq öldürdü

22-02-2021, 06:05           
Moskvada ana iki uşağını boğaraq öldürdü
Rusiyanın paytaxtı Moskvada dəhşətli cinayət hadisəsi baş verib.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 36 yaşlı qadın üç yaşlı oğlunu və 11 yaşlı qızını boğaraq öldürüb. O, daha sonra özünə qəsd edib. Lakin cəhdi uğursuz alınıb.

Məlumata görə, hadisə paytaxtın Yasnı məhəlləsindəki binada baş verib.

Cinayətkar qadın kəsik yaraları ilə xəstəxanaya aparılıb. Mənzildə 2017 və 2009-cu il təvəllüdlü bacı və qardaşın cəsədləri tapılıb. Hazırda cinayətin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru