Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

2-03-2021, 08:01           
Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı
Dövlət Sərhəd Xidmətinin tabeliyində olan "Sərhədçi" İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.

Dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.

Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə "Qarabağ" ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru