"Bank hesabımda 1 milyon dollardan az pul olsa, ağlayaram" - Multimilyonerin qızından qalmaqallı sözlər

11-03-2021, 20:28           
"Bank hesabımda 1 milyon dollardan az pul olsa, ağlayaram" -
Məşhur multimilyoner cütlüyün qızı Saffron Dryuitt-Barlou bir günə 85 min dollar xərclədiyini deyib.

Sfera.az xəbər verir ki, onun bu açıqlaması tənqidlərə səbəb olub. Gənc qadın bank hesabında 1 milyon dollardan az pul olacağı təqdirdə ağlaya biləcəyini bildirib.

Dəfələrlə etdirdiyi estetik əməliyyatlardan sonra fərqli birinə çevrilən Saffron hesabında nə qədər pul olduğunu paylaşmasa da, çox olduğunu vurğulayıb. Onun sözlərinə görə, xərclərlə bağlı həddini aşanda valideynləri xəbərdarlıq edir.

Qeyd edək ki, Saffron Dryuitt-Barlou və onun əkiz qardaşları rəsmi olaraq iki atası olan övladlar kimi qeydiyyata alınmış ilk uşaqlardır. Saffronun ataları - Barri və Toni Dryuitt-Barloular Britaniyada surroqat analar vasitəsilə ata olan və bu qismdə rəsmi qeydiyyata alınan ilk homoseksuallardır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru