Bakıda dəhşətli qəza - maşın dərəyə aşdı, sürücü öldü - FOTO/VİDEO

18-03-2021, 08:49           
Bakıda dəhşətli qəza -
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən istiqamətdə baş verib.

“Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan “Opel” yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.

Daha sonra “Opel” dərəyə aşıb, sürücüsü isə hadisə yerində ölüb.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.