Meksikada insan oğruları ilə polis arasında atışma olub, ölənlər var

20-04-2021, 07:57           
Meksikada insan oğruları ilə polis arasında atışma olub, ölənlər var
Meksikada insan oğurluğu ilə məşğul olan cinayətkar dəstənin üzvləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xalisko ştatının qubernatoru Enrike Alfaro özünün tvitterdəki səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə Qvadalaxara şəhərində qeydə alınıb. Qubernator qeyd edib ki, asayiş keşikçiləri iki cinayətkarı zərərsizləşdirməyə nail ola biliblər.

Xüsusi əməliyyat nəticəsində həmçinin oğurlanmış 6 nəfər azad edilib. Onların vəziyyəti barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru