42 yaşlı hərbçimiz qəfil vəfat etdi - FOTO

23-05-2021, 21:50           
42 yaşlı hərbçimiz qəfil vəfat etdi - FOTO
Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edən baş gizir Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib.

Bakupost.az xəbər verir ki, məhrumun yaxınlarının məlumatına görə döyüşdə yaralanandan sonra,müalicə alıb.

Baş gizir səhhəti normallaşandan sonra xidmətini davam etdirib. Bir müddətdir səhhətində yaranan ağrılardan şikayətlənən Elman Ağayev, Biləsuvar rayonuna ailəsinə baş çəkməyə gələn hərbçi bu gün evində qəfildən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev 22 il Silahlı Qüvvələrimizdə xidmət edib. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən muharibəsində də yaralanan hərbçimiz "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Ailəli idi, 3 övladı var.
Ruhu şad olsun!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru