Meksikada adamyeyən silsilə qatil həbs olunub

24-05-2021, 08:07           
Meksikada adamyeyən silsilə qatil həbs olunub
Meksika polisi 72 yaşlı silsilə qatili həbs edib.

“El Pais” nəşrinin məlumatına görə, o, son 20 il ərzində 30 nəfəri öldürdüyünü etiraf edib.

Polis onun evini mayın 13-də itkin düşən 34 yaşlı Reyna Rodriqesin ölümü faktını araşdırarkən aşkar edib. Evdə aparılan axtarışlar zamanı çox sayda insan cəsədlərinin qalıqları üzə çıxıb. Cinayətkarın öz qurbanlarının ətini yediyi məlum olub.

Həmçinin, manyak öz qurbanlarının qətlinin audioyazılarını da qeyd edib. Onun cinayətlərinin sayı DNT analizlərindən sonra dəqiqləşəcək.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru