Gürcüstanda 4,8 bal gücündə zəlzələ oldu

25-05-2021, 07:19           
Gürcüstanda 4,8 bal gücündə zəlzələ oldu
Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Vladikavkaz şəhərindən təqribən 67 km cənub-şərqdə yerləşib. Təkanların ocağı isə 12 km dərinlikdə olub.

Sosial şəbəkələrdə yeraltı təkanların Tbilisidə və Rusiya Federasiyasının subyektləri - Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya ərazisində də hiss olunduğu yazılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.