Oxot dənizində Yaponiya və Rusiya gəmiləri toqquşub, ölənlər və xəsarət alanlar var

26-05-2021, 07:45           
Oxot dənizində Yaponiya və Rusiya gəmiləri toqquşub, ölənlər və xəsarət alanlar var
Yaponiyanın balıqçı gəmisi "Day-xati Xokko-maru" Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Rusiyanın "Amur" gəmisi ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə şəhərin dənizdə təhlükəsizlik xidmətinə istinadən NHK telekanalı xəbər verib.

Bildirilir ki, hadisə çərşənbə günü səhər olub.

Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.

“Kiodo” informasiya agentliyi isə bildirib ki, hadisə nəticəsində "Day-xati Xokko-maru" ekipajının bir neçə üzvü həlak olub. Qeyd edilir ki, qəza zamanı Yaponiya gəmisi çevrilib, heyət üzvləri dənizə düşüblər. Onların hamısı "Amur" gəmisinin göyərtəsinə qaldırılıb. Hadisə zamanı xəsarət almış üç yapon balıqçısı həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru