İngiltərədə sahildən bir ton kokain tapıldı – FOTO

27-05-2021, 07:47           
İngiltərədə sahildən bir ton kokain tapıldı – FOTO
İngiltərənin Şərqi Sasseks çimərliyində sahildən təxminən bir tona yaxın kokain tapılıb.

Bu barədə “Mirror” Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinə istinadla xəbər yayıb.

Xilasetmə gödəkçələrinə yapışdırılan və su keçirməyən torbalara bükülmüş narkotiklərin Cənubi Amerikadan çıxarıldığı ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Britaniya polisi tapıntını ekspertizaya verib. İlk nümunələrdə bunun kokain olduğu müəyyən edilib.

O da vurğulanır ki, ümumi çəkisi 960 kq olan kokainin satılması yerli dilerlərə 80 milyon funt sterlinq (192 570 000 manat) qazandıra bilərdi.oxu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru