BƏƏ COVID-19-un müalicəsi üçün dünyada ilk dəfə satrovimab dərmanından istifadəsinə başlayacaq

17-06-2021, 07:50           
BƏƏ COVID-19-un müalicəsi üçün dünyada ilk dəfə satrovimab dərmanından istifadəsinə başlayacaq
Birləşmiş Ərəb Əmirlikləri COVID-19-un müalicəsi üçün Böyük Britaniyanın "GSK (GlaxoSmithKline)" əczaçılıq şirkətinin istehsalı olan satrovimabın (VIR-7831) dərmanın istifadəsini elan edib.

Trend-in məlumatına görə, bu barədə əmirliklərin The National qəzeti bildirib.

Məlumata əsasən, dərman Əbu-Dabiyə iyunun 15-də gəlib. Beləliklə, BƏƏ bu dərmanı alan və istifadəsinə başlayan dünyada ilk ölkə oldu.

Sotrovimabın çəkisi 40 kq-dan çox olan 12 yaş və yuxarı yaşlı yetkin yaşlı xəstələrdə və yeniyetmələrdə yüngül və orta dərəcədə keçirilən xəstəliyin müalicəsi üçün təsdiq edildiyi qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru