Berlində radikallarla toqquşmalarda onlarla polis yaralanıb

17-06-2021, 07:01           
Berlində radikallarla toqquşmalarda onlarla polis yaralanıb
Almaniyanın paytaxtı Berlin şəhərində sol radikalları tərk edilmiş binadan çıxarmaq istəyən polis işçiləri hücuma məruz qalıblar.

“Report” xəbər verir ki, bu barədə Berlin polisinin tvitter səhifəsində qeyd olunub.

Belə ki, radikallar binadan çıxmamaq üçün polis işçilərinə daş və dəmir parçaları atıblar. Nəricədə hüquq mühafizə orqanlarının azı 60 işçisi xəsarət alıb.

Bundan əvvəl şəhər kommunal xidmətlərinə Riqaer-ştrasse 94 ünvanında yerləşən binada yoxlama aparmaq barədə icazə verilib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə almağa başlayanda onlara daşlar atılıb.

Daha sonra tərk edilən binada yaşayanlar küçədəki zibilləri yandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru