Uşaq ad gününə bir qutu kokain hədiyyə aldı - FOTO
17-06-2021, 07:46
Britaniyanın azyaşlı sakini ad günü üçün konstruktor əvəzinə narkotik maddə hədiyyə alıb.
Bu barədə “Daily Star” xəbər verib.
Məlumata görə, 28 yaşlarında olan Cek Cons və İssaka Rasmussen Niderlanddan Britaniyaya narkotik maddə daşımaqla məşğul olublar. Onlar bunun üçün özlərinə sxem də hazırlayıblar: konstruktor qutularına kokain qoyaraq poçt xidməti ilə ünvanlara yollayıblar.