Çayda üzən sandıqdan körpə uşaq çıxdı – FOTO/VİDEO

18-06-2021, 09:04           
Çayda üzən sandıqdan körpə uşaq çıxdı – FOTO/VİDEO
Hindistanda Qanq çayında üzən sandığın içindən canlı uşaq tapılıb.

Bu barədə “Daily Mail” kadrlar təqdim edib.

Məlumata görə, həmin vaxt qayıqda üzən bir kişi uşağın ağlama səsini eşidib. Özünü çaya atan kişi, səsin taxta qutudan gəldiyini müəəyən edib və onu sahilə çıxardıb.

Sahildə sandığı açanda qırmızı şərfə bürünmüş körpəni görüb. Sandığın içi hindu ilahələrinin təsvirləri ilə bəzənmiş forma da olub.

Körpə tibb müəssisəsinə çatdırılıb. Orada 21 günlük olduğu müəyyənləşdirilən qız sosial xidmətlərə təhvil verilib.

Qeyd edək ki, Hindistan dünyada ən çox qız uşağı öldürən ölkələr siyahısında ilk yerlərdən birini tutur. Burada qızlar ağır yük hesab olunur



.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru