Sistem vurulandan sonra vəziyyəti pisləşdi, VƏFAT ETDİ

19-06-2021, 00:06           
Sistem vurulandan sonra vəziyyəti pisləşdi, VƏFAT ETDİ
Daxili Qoşunların xidmətdən tərxis olunmuş hərbçisi, baş leytenant Namiq Hümbətov ötən gün Bakıda xəstəxanada vəfat edib.

Teref.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya mərhumun dayısı məlumat verib.

O bildirib ki, 31 yaşlı N. Hümbətov müharibədən qabaq səhhətində yaranan problemlə bağlı Daxili Qoşunlardan tərxis edilib: “Namiq qaraciyər serrozundan əziyyət çəkirdi. Müalicə olunmaq məqsədilə Türkiyəyə də göndərilmişdi. Bir müddət səhhətində irəliləyiş müşahidə edilib. İki gün əvvəl isə səhhəti pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ona sistem köçürülüb. Sistemdən sonra vəziyyəti daha da pisləşdiyindən Bakıda Topçubaşov adına xəstəxanaya aparıldı. Ötən gün xəstəxanada dünyasını dəyişdi. Bu gün onu səhər saatlarında anadan doğulduğu Biləsuvar rayonu Çaylı kəndində torpağa tapşırdıq”./Unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru