Türkiyənin məşhur mebel brendi - “Meqa Sığorta”nı Məhkəməyə Verir

1-07-2021, 13:52           
Türkiyənin məşhur mebel brendi -
Türkiyənin tanınmış mebel şirkəti “Zivella” Azərbaycanda fəaliyyətdə olan “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verir.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Zivella Mobilya İnşaat Sanayi Ticaret Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Kommersiya məhkəməsinə müraciət edilib.

Müraciətin detallarında yalnız işin mahiyyəti ilə bağlı məlumat var ki, bu da müqavilələrdən əmələ gələn öhdəliklər üzrə, yaxud alqı-satqı müqaviləsi üzrə mübahisələrdən irəli gəlir. Məhkəməyə hakim Zeynəb Axundova sədrlik edəcək.

“Zivella” Azərbaycanda 2017-ci ilin fevralından nümayəndəlik açıb. Şirkətin Türkiyə ilə yanaşı, Azərbaycan və İngiltərədə mağazaları vardır.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə, 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru