ABŞ-da daha bir bina çöküb, yaralılar var 2-07-2021, 08:04 ABŞ-ın paytaxtı Vaşinqtonda tikilməkdə olan bina çöküb.APA-nın məlumatına görə, bu barədə paytaxtın Yanğından Mühafizə İdarəsi “Twitter” səhifəsində xəbər paylaşıb.Hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalıb, bir neçə nəfər yaralanıb.Xəsarət alanların hamısı tikintidə işləyən işçilərdir. Xilasedicilər dağıntılar altında axtarış aparır.Yaxınlıqdakı binanın sakinləri təxliyə edilib. Facebook-da paylaş