20 nəfər itkin düşdü, 200 min nəfər isə... - VİDEO

4-07-2021, 18:15           
20 nəfər itkin düşdü, 200 min nəfər isə... - VİDEO
Yaponiyanın paytaxtı Tokionun cənub-qərbindəki Şizuoka əyalətinin Amami şəhərində kütləvi torpaq sürüşməsi baş verib.

Xeber.ge saytı xəbər verir ki, təbbi fəlakət nəticəsində azı 20 nəfər itkin düşüb, 10-a yaxın yaşayış binası dağılıb, 2800-dən çox ev işıqsız qalıb.

Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı başladılıb.

İlkin məlumata görə, 200 min nəfərin daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbiylə evakuasiya edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda yağışlı mövsümlə üz-üzə qalan Yaponiyada anomal hadisələrin baş vermə ehtimalı böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru