Filippində təyyarə qəzasında ölənlərin sayı artıb

5-07-2021, 07:12           
Filippində təyyarə qəzasında ölənlərin sayı artıb
Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Filippin Silahlı Qüvvələri komandiri Sirilito Sobejan məlumat verib.

Onun sözlərinə görə, ölən hərbçilərin sayı 47 nəfərə çatıb. Sirilito Sobejan əlavə edib ki, qəza nəticəsində 49 hərbçi xəsarət alıb.

Xatırladaq ki, “C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb. Filippin Silahlı Qüvvələrinin qərargah rəisi general Sirilito Sobehana bildirib ki, təyyarə uçuş-eniş zolağına düşə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru