Rusiyada erməniyə məxsus ərazidə yeraltı həbsxana aşkarlandı VİDEO/FOTO

20-07-2021, 00:04           
Rusiyada erməniyə məxsus ərazidə yeraltı həbsxana aşkarlandı  VİDEO/FOTO

Rusiyanın Leninqrad vilayətinin Vsevolojk rayonunda tərk edilmiş yerlərdən birində 3 kamerası və krematoriyası olan yeraltı həbsxana aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “47news” məlumat yayıb.

Bildirilib ki, təxminən 500 min dollara belə bir yer tikmək mümkün ola bilər. Bağ evinin zirzəmisində yerləşən həbsxana islah müəssisələrinə uyğun formada inşa edilib. Onun sahibi bir neçə dəfə dəyişsə də, onlardan ikisi xüsusi diqqət çəkib.

Torpaq sahəsinin sonuncu sahibi Mkrtçıyan soyadını daha sonra Eskobara dəyişən erməni olub. Həbsxanada həyati əlamətə rast gəlinmədiyi bildirilir. Yalnız krematoriyada bioloji iz tapılıb ki, bunun da gəmiriciyə aid olması istisna edilmir.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.