Yeməyə duz əvəzinə kimyəvi gübrə qatdı: 24 nəfər zəhərlənərək öldü

12-08-2021, 07:28           
Yeməyə duz əvəzinə kimyəvi gübrə qatdı:
Nigeriyanın Sokoto ştatında bir ailənin 24 üzvü ev yeməyindən zəhərlənərək ölüb.

“İzvestiya” nəşri xəbər verir ki, zəhərlənmənin səbəbi yeməyə xörək duzu əvəzinə səhvən kimyəvi gübrənin əlavə edilməsi olub.

“Yeməyin bişirilməsində iştirak edən və yalnız onun dadına baxan iki qadın istisna olmaqla ailənin bütün üzvləri zəhərlənərək həlak olub. Yeməyi bişirən qadınlar isə hazırda müalicə alırlar”, - deyə ştatın səhiyyə komissarı Əli İnnama bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.