Fransanın Oise şəhər administrasiyası tülkülərin kütləvi şəkildə öldürülməsi ilə bağlı qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, ekoloji tarazlığı qorumaq məqsədilə şəhər ərazisində 3 min yırtıcı rəhbərliyin təyin etdiyi 15 ovçu tərəfindən məhv ediləcək.
Planın 31 mart 2022-c ilə qədər icra ediləcəyi bildirilib.
Qeyd edək ki, şəhər administrasiyasının bu qərarı ətraf mühitin qorunması ilə məşğul olan bir sıra təşkilatların kəskin narazılığına səbəb olub.