"Semaşko" BAĞLANDI - RƏSMİ AÇIQLAMA

23-08-2021, 11:58           
"Semaşko" BAĞLANDI - RƏSMİ AÇIQLAMA
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr – ginekologiya, cərrahhiyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub.

“Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb”, – deyə “Semaşko”dan bildirilib.

Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:

“Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru