Ağır əməliyyat keçirən Papa vəzifəsindən getməyə hazırlaşır

24-08-2021, 00:00           
Ağır əməliyyat keçirən Papa vəzifəsindən getməyə hazırlaşır
Dekabr ayında 85 yaşı tamam olacaq Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.

Teref.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, Papa Fransisk dörd iyulda bağırsağından əməliyyat olunub və onun mümkün qərarı məhz keçirdiyi sonuncu əməliyyatla əlaqədardır.

Bundan əlavə, Papa Fransisk 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə güclü soyuqdəymə keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru