İsrail HHQ Qəzzada Fələstin qruplaşmalarının mövqelərinə zərbələr endirib 24-08-2021, 08:07 İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza zolağında Fələstinin müqaviməti adlanan bir neçə hədəfə zərbələr endirib.Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı bildirib.Məlumata əsasən, zərbələr Fələstin anklavının Xan-Yunis şəhəri yaxınlığında yerləşən qruplaşmanın bir neçə mövqələrinə endirilib.Xüsusilə, Əl-Kadisiya müqavimət qalasına pilotsuz uçuş aparatları ilə 5 raket atılıb. Facebook-da paylaş