Ukrayna təkzib etdi - "Təyyarəmiz qaçırılmayıb"

24-08-2021, 15:16           
Ukrayna təkzib etdi -
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Kabildə qaçırıldığı iddia edilən Ukrayna təyyarəsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Bizimxeber.az Ukrayna mətbuatına istinadən bildirir ki, "nə Kabildə, nə də başqa yerdə qaçırılan Ukrayna təyyarələri yoxdur. Bəzi media orqanları tərəfindən yayılan təyyarə ilə bağlı məlumatlar həqiqətə uyğun deyil" deyə departamentin sözçüsü bildirib.

O, Ukraynalıların Əfqanıstandan çıxarılmasında iştirak edən bütün təyyarələrin təhlükəsiz şəkildə ölkəyə qayıtdıqlarını deyib. Onun sözlərinə görə, cəmi üç təxliyə uçuşu həyata keçirilib.

Qeyd edək ki, bu gün naməlum şəxslərin Ukrayna vətəndaşlarını təxliyə etmək üçün Kabilə gələn İrana uçan Ukrayna təyyarəsini ələ keçirdikləri və qaçırdıqları bildirilmişdi. Ölkənin xarici işlər nazirinin müavini Yevgeni Yenin təyyarəni qaçıran şəxslərin silahlı olduğunu qeyd edərək, laynerin sonrakı taleyi ilə bağlı heç bir məlumat verməmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru