Azərbaycan Gürcüstana oksigenlə təchizatda yardım edir

24-08-2021, 22:09           
Azərbaycan Gürcüstana oksigenlə təchizatda yardım edir
Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək göstərir.

Teref.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri Gürcüstanın oksigenlə fasiləsiz təminatı üçün fəal iş aparır.

Nazir müavini qeyd edib ki, bu gün Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə olunur və onların 70 %-i oksigendən asılıdır:
“Oksigen ehtiyatları ilə təchizatda problemin yaranmaması üçün Gürcüstan onu bir neçə mənbədən əldə edir”.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigeni humanitar yardım kimi göndərib, onun qonşu ölkəyə çatdırılmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru