İranda genişmiqyaslı kriptovalyuta əməliyyatı keçrilib

25-08-2021, 08:06           
İranda genişmiqyaslı kriptovalyuta əməliyyatı keçrilib
İranda qanunsuz kriptovalyuta hasilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

TRT xəbər verir ki, əməliyyat çərçivəsində 147 qanunsuz hasilat mərkəzi aşkar olunub. Mərkəzlərdə fəaliyyət göstərən 300 kömpüter müsadirə edilib.

Hökumətdən verilən açıqlamaya görə, mərkəzlərdəki cihazlar 2.4 meqavatdan artıq elektrik enerjisi istehlak edib.

Qeyd edək ki, İranda enerji çatışmazlığı səbəbindən sentyabrın 22-dək kriptovalyuta hasilatı qadağan edilib. Mart ayından bəri keçirilən əməliyyatlar nəticəsində ölkədə 5 mindən çox qanunsuz hasilat mərkəzi üzə çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.