Qəni 169 milyonla ölkədən qaçıb - İddia

25-08-2021, 08:02           
Qəni 169 milyonla ölkədən qaçıb - İddia
Əfqanıstanın eks-prezidenti Əşrəf Qəni Dubaya 169 milyon dollarla qaçıb.

Axar.az xəbər verir ki, bu iddia ilə "Nyu York Post" qəzeti çıxış edib.

Məsələ ilə bağlı açıqlama verən Qəni yayılan iddianı təkzib edib və "sürgündə" qalmaq fikrində olmadığını, ölkəyə qayıtmaq üçün danışıqlar apardığını vurğulayıb.

Qəni Talibanla hökumət qüvvələri arasında aparılan danışıqları da dəstəklədiyini qeyd edib.

Qəzet bildirib ki, son illər BƏƏ-nin siyasi sığınacaq istəyən yüksək vəzifəli şəxslərə "qapılarını" açması Qəninin də bu ölkəyə müraciət etməsində mühüm rol oynayıb.

BƏƏ rəhbərliyi isə Qənini humanitar səbəblərdən dolayı qəbul etdiklərini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru