Bir neçə gün öncə işdən çıxarılan polis rəisi bıçaqlandı, əmisi intihar etdi

25-08-2021, 10:15           
Bir neçə gün öncə işdən çıxarılan polis rəisi bıçaqlandı, əmisi intihar etdi
Xaçmaz rayonunda ailə faciəsi yaşanıb.

Teref.az bizim.media-ya istinadla xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra cinayətkar özünü güllələyib.

O, hadisə yerindəcə ölüb. Meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru