İlham Əliyevin sinif yoldaşları ilə fotosu yayıldı - FOTO

6-03-2016, 16:22           
İlham Əliyevin sinif yoldaşları ilə fotosu yayıldı - FOTO
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin orta məktəbdə oxuduğu illəri əks etdirən məzun fotosu yayılıb.

teref.az xəbər verir ki, bu fotoşəkili Modern.az-a Azərbaycan prezidenti ilə eyni sinifdə oxumuş Rauf Həsənli təqdim edib. Tanınmış tərcüməçi və jurnalist Rauf Həsənli 1960-cı ildə Bakıda anadan olub. O, Azərbaycan İqtisadiyyat Universitetini bitirəndən sonra biznes və xarici iqtisadi əlaqələr ixtisası üzrə Rusiya, ABŞ və İngiltərədə təhsilini davam etdirib. R.Həsənli dövlət vəzifələrində və ictimai postlarda çalışıb. O, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında aktiv iştirak edib.

Hazırda Rusiyada yaşayır.

R.Həsənli Rusiyanın tanınmış yazıçısı Mixail Ozerovun "İlham Əliyev: mən Azərbaycanıma inanıram” kitabının ingilis dilinə tərcüməsinə baş redaktorluq edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru