İran-İraq sərhədində terrorçu dəstə məhv edilib

1-09-2021, 14:07           
İran-İraq sərhədində terrorçu dəstə məhv edilib
İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İraq ərazisindən İranın Kürdüstan vilayətinə keçməyə çalışan terrorçu dəstənin üzvlərini məhv edib.

AZƏRTAC SEPAH-ın açıqlamasına istinadla xəbər verir ki, sərhədi qanunsuz keçməyə cəhd edən silahlılar həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. Terrorçulara məxsus silah-sursat və xəritələr ələ keçirilib.

Hadisə yerində araşdırma aparılır və terrorçuların İrandakı əlaqələri müəyyənləşdirilir.

Rəsmi Tehran İraqın Kürdüstan muxtariyyətin rəhbərliyini hadisə barədə məlumatlandırıb.

Muxtariyyətin rəhbərliyi İranla sərhəd bölgəsində anti-terror əməliyyatı keçirəcəyinə söz verib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru