Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” çıxarıldı (FOTO)

27-10-2021, 10:32           
Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” çıxarıldı (FOTO)
Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb.

Teref.az aztibb-ə istinadla bildirir ki, daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.

Təcili əməliyyat edilən qızın mədəsindən çəkisi 2 370 qram olan iki daş çıxarılıb.

Belə ki, əməliyyatı icra edən cərrahın sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.

Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru