Qazın qiyməti yenidən arta bilər? - AÇIQLAMA

27-10-2021, 11:43           
Qazın qiyməti yenidən arta bilər? - AÇIQLAMA
Azərbaycanda qazın qiymətinin bir ildə iki dəfə bahalaşması təbii qazın topdan satış qiymətinin bahalaşması ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, qazın topdan satış qiyməti pərakəndə satışa təsir edir:

"Qazın topdan satış qiymətində dəyişiklik edilməsi avtomatik olaraq pərakəndə satış qiymətini də dəyişir. Biz qazın pərakəndə satışını həyata keçirən təşkilatıq. Əgər nə vaxtsa qazın topdansatış qiymətində dəyişiklik olarsa, bu proses qazın pərakəndə satışına da təsirini göstərəcək".

Xatırladaq ki, Azərbaycanda son tarif dyişikliyinə əsasən qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru