İrəvanda “Kalaşnikov” avtomatı, narkotik aşkarlanıb, 150-dən çox insan saxlanılıb

28-10-2021, 08:15           
İrəvanda “Kalaşnikov” avtomatı, narkotik aşkarlanıb, 150-dən çox insan saxlanılıb
Ermənistanın paytaxtı İrəvanda Malatiya-Sebastiya inzibati rayonunda hüquq-mühafizə orqanları əməkdaşlarının gücləndirilən növbətçiliyi zamanı 150-dən çox insan polis bölmələrinə aparılıb.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, polis əməkdaşları onlarla nəqliyyat vasitəsini yoxlayıb.

Məlumata görə, yoxlamalar zamanı müxtəlif növ odlu silahlar (o cümlədən “Kalaşnikov” avtomatı), bıçaqlar, dəyənəklər, saxta və oğurlanmış dövlət nömrə nişanları aşkar edilib. Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsi halları da müəyyən olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş növbətçilik zamanı Erebuni Polis İdarəsi tərəfindən axtarışda olan 27 yaşlı kişini də saxlayıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru