Spirtli içkilərə görə aksiz vergisi ARTIRILIR

3-11-2021, 12:44           
Spirtli içkilərə görə aksiz vergisi ARTIRILIR
Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litrə görə 80 qəpik artırılacaq.

Unikal.org xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.