Bakıda sürəti yüksək olan lüks avtomobil piyadanı vurub öldürdü

3-11-2021, 18:11           
Bakıda sürəti yüksək olan lüks avtomobil piyadanı vurub öldürdü
Dünən Bakıda “Porsche” markalı minik avtomobilini idarə edən şəxs piyadanı vuraraq öldürüb.

Oxu.Az-ın məlumatına görə, hadisə saat 15:00 radələrində Xətai rayonunun 8 Noyabr prospektində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Soltanov Teymur Ziyad oğlu idarə etdiyi “Porsche” markalı, 99-DR-555 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada 1953-cü il təvəllüdlü Xanbutayeva Kimsəxanım Xanbala qızını vurub. Sonuncu hadisə yerində ölüb.

Ötən gün piyadanın ölümü ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 18:30 radələrində Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında Zülfüqarov Azər Məhəmməd oğlu idarə etdiyi “Xəzər” markalı, 99-PV-624 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada 1962-ci il il təvəllüdlü Əliyev Hikmət Cəlal oğlunu vuraraq öldürüb.

Bildirilir ki, hər iki hadisə sürücü məsuliyyətsizliyi, sürət həddinin aşılması və piyada diqqətsizliyi nəticəsində baş verib.

Baş verən faktlarla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru