Qısqanclıq zəminində oynaşını öldürüb soyuducuda gizlətdi - FOTO

4-11-2021, 07:08           
Qısqanclıq zəminində oynaşını öldürüb soyuducuda gizlətdi - FOTO
Krasnoyarsk məhkəməsi oynaşını öldürüb bədənini müxtəlif hisslərə bölən qadınla bağlı qərar qəbul edib.

AMİA.AZ xəbər verir ki, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum edib. İstintaq müəyyən edib ki, 39 yaşlı müttəhim kişini qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti hissələrə ayırıb, çantalara yığaraq soyuducuya qoyub.

Sonra da daşıyıcı xidməti soyuducunu şəhərin digər tərəfindəki qaraja köçürmək üçün çağırıb. Yolda işçilər qadından soyuducunun içində nə olduğunu soruşublar və o da cinayətini etiraf edib. 11 il həbslə yanaşı, zərərçəkən tərəfə dəyən mənəvi ziyana görə 700 min rubl cərimə ödəməli olacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru