"Bayraktar"ın uğurları Putini QƏZƏBLƏNDİRDİ

12-11-2021, 11:29           
"Bayraktar"ın uğurları Putini QƏZƏBLƏNDİRDİ
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkellə görüşüb.

KONKRET.az Rusiya KİV-nə istinadən xəbər verir tərəflər Ukraynanın şərqində davam edən hərbi münaqişəni müzakirə ediblər. Putin Ukraynanın separatçılara qarşı “Bayraktar” pilotsuz uçuş aparatından istifadə etməsindən narahatlığını bildirib.

“Putin Ukraynanın destruktiv siyasətinə, Donbasdakı situasiyanı hərbi yolla həll etməyə çalıçdığını, o cümlədən pilotsuz uçuş aparatlarını tətbiq etdiyini vurğulayıb”.

Paralel olaraq, Putin Avropa Birliyi ilə Belarus arasında miqrant böhranına son verilməsinin vacibliyini, ABŞ və müttəfiqlərinin Qara dənizdə keçirdiyi hərbi təlimlərdən narahatlığını dilə gətirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.