Yaponiyada AES ərazisində yanğın olub 16-11-2021, 09:02 Yaponiyanın Saqa prefekturasında "Qenkay" atom elektrik stansiyasının ərazisində yanğın baş verib.Trend-in məlumatına görə, bu barədə stansiyanın operatoru olan "Kyushu Electric Power" şirkətindən bildiriblər.Məlumata əsasən, yanğın təxminən 1 saat ərzində söndürülüb.Qeyd edilir ki, yanğın stansiyanın enerji bloklarının işinə təsir etməyib.Hazırda hadisənin səbəbi araşdırılır. Facebook-da paylaş