Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və döyüş vasitələri məhv edilib - DÖYÜŞ DAVAM EDİR
16-11-2021, 16:45
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Bu barədəMüdafiə Nazirliyindən məlumat verilib.
Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.