Rüstəm Muradov danışıqlara görə məzuniyyətdən təcili geri çağırıldı - ZİBİLƏ DÜŞMÜŞÜK...

17-11-2021, 17:03           
Rüstəm Muradov danışıqlara görə məzuniyyətdən təcili geri çağırıldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən axşam təcili olaraq Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.

Məlumata əsasən, Rüstəm Muradov Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparmaq üçün Ermənistana səfər edəcək.

Rüstəm Muradovun məzuniyyəti dekabrın 5-i bitməli idi. Onun təcili şəkildə çağırılması ondan xəbər verir ki, Rusiya tərəfi belə hesab edir ki, bu vəziyyətdə yalnız Rüstəm Muradov danışıqlar apara bilər.

Güman edilir ki, danışıqların mövzusu dünənki döyüş nəticəsində həlak olan və saxlanılanlara aid olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru