ABŞ-da növbəti ölüm hökmü icra olunub

18-11-2021, 09:45           
ABŞ-da növbəti ölüm hökmü icra olunub
ABŞ-ın Missisipi ştatındakı həbsxanada ölüm hökmü icra olunub.

Teref.az APA-ya istinadən xəbər verir ki, 2012-ci ildə arvadını öldürdüyü sübut edilmiş şəxs zəhərli iynə ilə edam edilib.

50 yaşlı Devid Koks 2009-cu ildə arvadının şikayətinə görə həbs olunub. Arvadı Koksu ilk ərindən olan 12 yaşlı qızını zorlamaqda ittiham edirdi. Lakin Koks 3 gün sonra sərbəst buraxılan zaman arvadından qisas almaq qərarına gəlib. O, tapança əldə edərək arvadını işgəncə ilə öldürüb.

Məhkəmə prosesində o, qəflətən vəkildən imtina edib və prokurordan ölüm hökmünü tezləşdirməsini xahiş edib. Məhkəmə vəziyyəti araşdıraraq onun bu məktubu anlaqlı şəkildə yazdığını sübut edib və proses tezləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru