Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb

18-11-2021, 20:30           
Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
Ukraynanın Zakarpat vilayətinin prokurorluğunda azərbaycanlı “qanun oğru” ilə bağlı ittiham aktı məhkəməyə daxil olub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Ukrayna Cinayət Məcəlləsinin 189.2-ci maddəsi ilə (hədə-qorxu yolu ilə pul tələb etmə) ittiham olunur.

İstintaq materiallarına əsasən, “qanuni oğru” mebel istehsalı ilə məşğul olan şirkətin sahibindən 1000 dollar və 1200 avro tələb edib.

“Tamah məqsədi ilə qəsdən adam öldümə” maddəsi ilə 15 il həbs cəzası çəkmiş şübhəli Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında “qanun oğru” və kriminal avtoritet kimi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru