Mingəçevirdə 15 yaşlı oğlan odlu silahla qətlə yetirildi

19-11-2021, 07:07           
Mingəçevirdə 15 yaşlı oğlan odlu silahla qətlə yetirildi
Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlu güllələnib.
Mingəçevirdə yeniyetmə güllələnərək öldürülüb.
Teref.az APA-ya istinadən bildirir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib.
Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu güllələyib.
Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.