Kanadada hərbi bazada partlayış olub, xəsarət alanlar var

19-11-2021, 07:17           
Kanadada hərbi bazada partlayış olub, xəsarət alanlar var
Kanadanın Vankuver adasında "Comox" hərbi bazasında partlayış baş verib. "Report" xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə nəticəsində azı iki nəfər yaralanıb.

İlkin ehtimala görə, qaz sızmasından yaranan partlayışdan bazanın əsas binası çöküb.

Hadisə yerində təcili yardım maşınları və yanğınsöndürənlər işləyir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.