Timsahın suda boğulması mütəxəssislərin təəccübünə səbəb olub

19-11-2021, 08:04           
Timsahın suda boğulması mütəxəssislərin təəccübünə səbəb olub
Çinin Lyuçjou rayonunda sudan çıxmaqdan ehtiyat edən yüz kiloqramlıq timsah boğularaq ölüb.

“O, çox çəkincən idi, suya daxil oldu və uzun müddət qorxusundan çölə çıxmaqdan imtina etdi. Bu isə onun tələf olması ilə nəticələndi”, - deyə timsah fermasının işçilərindən biri bildirib.

Kişinin bildirdiyinə görə, o, həyatında ilk dəfə boğulan timsah görüb.

Bəzi mütəxəssislər qeyd ediblər ki, timsah xəstə olub, çünki sağlam timsahlar quruya çıxmadan da uzun müddət suda qala bilirlər.

Qeyd edək ki, timsahların normal çəkisi 150 - 700 kiloqram arasında dəyişə bilir.

Mənbə: Global Times












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.