Edamına saatlar qalmış qərar dəyişdirildi

19-11-2021, 10:25           
Edamına saatlar qalmış qərar dəyişdirildi
ABŞ-da 1999-cu ildə cinayətə görə həbs edilən və barəsində ölüm hökmü çıxarılan Julius Jonesin edamına saatlar qalmış qərar dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qərarı Oklahoma ştatının qubernatoru Kevin Stitt verib.

Qərara əsasən, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

Məsələ burasındadır ki, həyatının yarıdan çoxunu həbsdə keçirən Juliusun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Onun əslində irqçiliyin qurbanı olduğu düşünülüb. Bu kampaniyaya bir sıra məşhurlar da qoşulub və Juliusun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.

Qeyd edək ki, o, 1999-cü ildə 45 yaşlı Paul Hovelin öldürülməsinə görə həbs edilib. 41 yaşlı məhkum isə indiyədək özünü təqsirli bilməyib. Julius Jones bu gün yerli vaxtla 16:30-da edam edilməli idi. Yeni qərar isə 13:20-də açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru