Azərbaycanda “saxta əlillik” düzəltmək istəyən iki nəfər həbs olundu

19-11-2021, 15:16           
Azərbaycanda “saxta əlillik” düzəltmək istəyən iki nəfər həbs olundu
“Bu il bizə daxil olan məlumat əsasında məlum oldu ki, iki dəllal şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib. Baş Prokurorluğa müraciət etdik və məsələ araşdırıldı”.
Busaat.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.
Sədr bildirib ki, həmin şəxslər həbs olundu: “Faktlar onu göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da daim ciddi mübarizə aparılır. Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru